İlham Əliyev sərəncam imzaladı

0

Prezident İlham Əliyev Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Sosialxəbər.az xəbər verir ki, sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 18 800 000 manat ayrılıb.

Hansısa təhlükəli bir addım görsək… – Bayramov

0

Ermənistan beynəlxalq hüquqa uyğun addım atmayacağı təqdirdə, Azərbaycana qarşı hansısa təhlükəli bir addım görsək, heç tərəddüd etmədən lazımi qarşılığını verəcəyik. Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi şərh edərkən deyib. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın regiondakı sabitliklə bağlı mesajlarını xatırladıb: “İki liderin bu mesajları son dərəcə...

Şəhidimizlə vida mərasimi – Foto

0

Dünən erməni təxribatı nəticəsində şəhid olan Natiq Yusif oğlu Əliyevlə vida mərasimi keçirilir. Sosialxəbər.az xəbər verir ki, vida mərasimində şəhidimizin yaxınları, döyüş yoldaşları iştirak edir. Şəhidimiz Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. Qeyd edək ki, Natiq Əliyev ailəli idi, 1 övladı var. Allah rəhmət eləsin!

Milli Məclisin iclası başladı

0

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Sosialxəbər.az xəbər verir ki, toplantıya spiker Sahibə Qafarova sədrlik edir. İclasda 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişiklik layihələri birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Almaniya XİN nümayəndə heyəti Azərbaycana gəldi

0

Noyabrın 16-da Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Sosialxəbər.az bildirir ki, Milli Məclisdən Axar.az-a verilən məlumata görə, söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və...

Azərbaycanlılar İrəvanı qarışdırdı: Yüzlərlə taksi…

0

İrəvandakı “Yandex.Go” taksi xidməti həqiqətən də saxta sifarişlərə kütləvi cəhdlər qeydə alıb. Onlar müəyyən ünvanlara çağırılır, sonra isə ləğv edilir. Bununla belə, bütün hücumların qarşısı alınıb. Sosialxəbər.az xəbər verir ki, bunu “Yandex.Go”nun beynəlxalq mətbuat xidmətinin rəhbəri Natalya Juravlyova deyib. “Bu, xidmətimizə qarşı ilk belə hücum deyil. Biz onları necə izləməyi və effektiv mübarizə aparmağı bilirik. “Yandex.Go”nun texnologiyası onları bloklamağa qadirdir”,...

Paşinyan sənədi imzaladı, ölkədən qaçacaq – İddia

0

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması barədə sənədi imzalayıb. Sosialxəbər.az xəbər verir ki, bu barədə Ermənistanın pastark.am saytı yazıb. Qeyd olunub ki, sənəd imzalandıqdan sonra döyüş əməliyyatları dayandırılıb. Həmçinin Paşinyanın qarşıdakı günlərdə Ermənistanı tərk edəcəyi də iddia olunur.

Bu ərazidə qaz olmayacaq

0

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz olmayacaq. Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Sumqayıt Qaz İstismarı Sahəsindən məlumat verilib. Bildirilib ki, bu gün səhər saat 10:00-dan saat 17:00-dək Sumqayıt şəhərinin Kimyaçılar, Kotec, İnşaatçılar qəsəbələri, Xəzər bağları yaşayış massivi, 26-cı məhəllə, Bulvar ərazisinin qaz təchizatı dayandırılacaq və 8500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq. Məhdudiyyətlərə səbəb Hacı Zeynalabdin qəsəbəsi - Sumqayıt avtomobil yolunun 4...

Daha 2 erməni terrorçunun məhkəməsi başlayır

0

Terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Sosialxəbər.az xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə...

İsrailli ekspertdən Bakıya çağırış: O, hər alçaqlığa qadirdir!

0

Mən dəfələrlə demişəm ki, Ermənistan revanşizmlə yaşayan ölkədir. O, sakitləşməyəcək, sülh müqaviləsini imzalamayacaq, o, yalnız qan, münaqişənin davam etdirilməsi və dərinləşməsini istəyəcək. Bundan əlavə, o, Rusiyanın sülhməramlılarını da bu işə cəlb etməyə və Qarabağın itirilmiş torpaqlarını, heç olmasa, qismən də olsa, geri qaytarmağa çalışacaq. Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında israilli ekspert, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə...