Home Uncategorized Şəhid ailələrinə yardım və hüquqların müdafiəsi ictimai birliyinin növbəti daxili iclası keçirilib

Şəhid ailələrinə yardım və hüquqların müdafiəsi ictimai birliyinin növbəti daxili iclası keçirilib

6227
0

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyin növbəti daxili iclası keçrilmişdir. İclasa başlamamışdan öncə təşkilatın sədri Rövşən Ağamalıyev şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.

Bundan sonra Rövşən m, iclasın gündəliyi ilə bağlı iclas iştirakçılarına məlumat verdi. İclasın əsas məqsədi rayon şöbə sədrlərin hesabatı və birliyə yeni üzvlərin qəbulu ilə bağlı idi. Rayon şöbə sədrlərindən, Goranboy rayon şöbə sədri, Rüstəmova Kəmalə m, Sumqayıt şəhər şöbə sədri Rzayeva Rəna həkim, və Zənglan rayon şöbə sədri Həmzəyev Cavid m hesabatları dinlənildi.Hər üç şöbə sədrləri gördükləri işlərlə bağlı, şəhid ailələrin sosial problemlərin həlli ilə məşğul olduqları fəaliyyətlə bağlı geniş məlumat verdilər.

Sonra Təşkilatın sədri Rövşən Ağamalıyev hesabatı dinlədikdən sonra onlara öz tövsüyəsini verməklə yanaşı, fəaliyyətlərində uğurlar arzuladı.
Sonra təşkilati məsələlərə baxıldı. Xəzər rayonundan olan Nəzərova Aydagül xanım yeni üzv, Zənglan rayon sakini Məmmədov Kənan m, isə birliyin Zənglan rayon şöbəsinin sədr müavini təsdiq edildi.

Kənan müəllim geniş çıxış etməklə görüləcək işlərlə bağlı fikirini bildirdi və təşkilatın sədrinə öz minnətdarlığını bildirdi. Yeni üzv seçilən Nəzərova Aydagül xanımda üzvlüyə qəbul edildiyi üçün Rövşən m, öz təşəkkürünü bildirdi. Xəzər rayon sakini olan Əhmədova Ruxsarə xanımda, Binə qəsəbəsində şəhid ailələri ilə işləməkdən qürur hissi keçirdiyini bildirdi. Sonda xatirə şəkili çəkilərək iclas sona çatıb.

Previous articleŞAYHM ictimai birliyinin hazırladığı medallar şəhid ailələrinə təqdim edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here