Home Uncategorized “Bu gün “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdaifəsi” İctimai Birliyi tərəfindən ”...

“Bu gün “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdaifəsi” İctimai Birliyi tərəfindən ” 20 Yanvar şəhidlərinin” anımı ilə bağlı daxili iclas həyata kecirilib”

5896
0

Bu gün “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdaifəsi” İctimai Birliyi tərəfindən ” 20 Yanvar şəhidlərinin” anımı ilə bağlı daxili iclas həyata kecirilib. Sosialxəbər.az -a verdiyi məlumata görə, iclasın əsas məqsədi 20 Yanvar şəhidlərinin anımı, görülən işlərin icraatı ilə bağlı danışıqlar aparılıb.

Iclası açıq elan edən “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdaifəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev ilk olaraq bir dəqiqəlik sükut elan edib. Daha sonra bildirib ki, şəhidlərimizi anmaq hər bir vətəndaşın borcudur. Şəhidlərimizin ailələrini ziyarət etmək, onların adını, etdikləri qəhrəmanlıqları körpələrə və gənc nəsilə çatdırmalıyıq. Yanvar faciəsi xalqımızın şanlı tarixində qəhrəmanlıq, yenilməzlik salnaməsi kimi əbədiləşib. Çıxışlarda 1990-cı ilin Qanlı Yanvarında Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilik törədildiyindən, bu faciənin yaranma səbəbləri və tarixi köklərindən söhbət açıb. Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Rövşən Ağamalıyev bildiribki diqqət və qayğı dövlətimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir: QHT olaraq biz də Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Vətənin oğul və qızlarının adını əbədiləşdirmək, həm də onların keçdiyi müqəddəs yola yenidən işıq salmaq məqsədilə yeni layihəmiz olan yeni kitabı ərsəyə gətirdik. İnanırıq ki, bu kitab hər bir oxucuya şəhidlərimiz haqqında doğru-düzgün məlumatın əldə edilməsinə yardımçı olacaq”.

Ictimai birliyin Zəngilan rayonun sədri Həmzəyev Cavid Şəhidlərimizin şücaətlərindən danışaraq Şəhid və şəhid ailələrinin qarşısında baş əydiyini bildirib. Rayonda yaşayan şəhid ailələrinin problemlərinin həllindən, görülən işlərdən və tədbirlər haqqında məlumat vermişdir.

Sonda təşkilata yeni üzvlərin qebulu keçirilib və vəsiqələri təqdim olunub. Təşkilatın sədri Rövşən Ağamalıyev tərəfindən Şəhid Rəşad Quliyevin bacısı Nazilə Rəşid və Binə rayon sakini Əliyev Zaura təşkilatın üzvlük vəsiqəsi təqdim olunmuşdur.

Iclasın sonunda xatirə şəkili çəkilmişdir.

Previous articleUkraynalı qonaqla görüş
Next articleŞAYHM ictimai birliyinin hazırladığı medallar şəhid ailələrinə təqdim edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here