Home Uncategorized “Əsrimizin qəhrəmanları” adlı kitabın təqdimatı keçirilib 

“Əsrimizin qəhrəmanları” adlı kitabın təqdimatı keçirilib 

499
0

28 noyabr 2022 tarixdə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gələcək üçün yazılmış kitab” layihəsi çərçivəsində Sağlamlıq imkanları məhdud respublika xüsusi internat məktəbində “Əsrimizin qəhrəmanları” adlı kitabın təqdimatı keçirilib.

Xəbər verilir ki, tədbirdə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, eyni zamanda sözügedən layihənin rəhbəri Rövşən Ağamalıyev, təşkilatın Nəzarət Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimov, məktəbin direktoru Məlahət Heydərova, İctimai Birliyin Sumqayıt şəhər şöbəsinin sədri Rəna Rzayeva, Mayor Elçin Mansurovun anası, eyni zamanda təşkilatın üzvü Məleykə Mənsurova, məktəbin şagird və müəllim heyəti, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə təşkilatın sədri və layihə rəhbəri Rövşən Ağamalıyev çıxış edərək həyata keçirilən layihə çərçivəsində hazırlanan “Əsrimizin Qəhrəmanları” kitabı barədə geniş məlumat verib. Bildirib ki, kitabın çap olunmasında məqsəd Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycanın mərd və cəsur övladlarını ictimaiyyətə tanıtmaq, gələcək nəsillərə onların qəhrəmanlıqlarını çatdırmaqdır. Layihənin davamında I Qarabağ və Aprel döyüşlərində şəhid olanların da adları yazılmız yeni-yeni kitablar dərc etməyi və ictimaiyyətə təqdim etməyi düşünürük.

Məktəbin direktoru Məlahət Heydərova çıxışının əvvəlində layihə rəhbəri Rövşən Ağamalıyevə təşəkkürünü bildirib. Qeyd edib ki, bu sayaq tədbirlərin keçirilməsi, kitabların və digər vəsaitlərin hazırlanması məktəbli gənclərdə vətənpərvərlik ruhunu yüksəldir, onların Vətən sevgisini artırır.

Təskilatın Nəzarət Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimov öz çıxışında layihə haqqında geniş məlumat verib, belə tədbirlərin mahiyyətini xüsusi olaraq vurğulayıb. Bildirib ki, 3 minə yaxın şəhidimizin adı yazılmış kitabın çapı heç də asan olmayıb. Çalışacağıq ki, bundan sonra hazırlanacaq kitablar daha müfəssəl, daha əhatəli olsun.İctimai Birliyin Sumqayıt şəhər şöbəsinin sədri Rəna Rzayeva çıxışında bildirib ki, Qələbəilə başa çatmış Vətən müharibəsində əziz canından keçən şəhidlərimiz haqqında kitabın hazırlanması təqdirəlayiqdir. Və bu fəaliyyətə, çəkilən böyük zəhmətə görə təşkilatın rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonar mayor Elçin Mənsurovun anası, eyni zamanda təşkilatın üzvü Məleykə Mənsurova və digər qonaqlar çıxış edərək layihə barədə ürək sözlərini söyləyib, kitabın araya-ərsəyə gəlməsində zəhməti olan şəxslərə təşəkkürlərini bildirib və bu tipli layihələr çərçivəsində gənclərlər silsilə görüşlərin vacibliyini qeyd ediblər.

Sonda “Əsrimizin qəhrəmanları” adlı kitabın təqdimetmə mərasimi keçirilib. Məktəbin direkoru Məlahət Heydərova təşkilatın sədri Rövşən Ağamalıyev tərəfindən təltif edilib.Şəhid ailələrinə və digər qonaqlara kitabları Niyaməddin İbrahimov təqdim edib.Qeyd edək ki, mayor Elçin Mənsurovun adına təşkilatın hazırladığı medalı qəhrəmanın anasına İctimai Birliyin Xəzər ragon təşkilatının sədri Günel Məmmədova təqdim edib.

Sonda “Əsrimizin Qəhrəmanları” kitabı tədbirdə iştirak edən müəllimlərinə, şagirdlərə və gənclərə təqdim olunub və xatirə şəkli çəkdirilib.

Previous articleQarabağdaki mövqelərimiz atəşə tutublub
Next articleUkraynalı qonaqla görüş

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here