Home Uncategorized “Gələcək üçün yazılmış kitab” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib.

“Gələcək üçün yazılmış kitab” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib.

518
0

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gələcək üçün yazılmış kitab” layihəsi çərçivəsində Respublika Veteranlar Təşkilatında Nərimanov rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclərlə görüş keçirilib.

Tədbirdə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, eyni zamanda sözügedən layihənin rəhbəri Rövşən Ağamalıyev, təşkilatın Nəzarət Təftiş Komissiyasının sədri, Niyaməddin İbrahimov, Təşkilatın Zəngilan rayon şöbəsinin sədri Cavid Həmzəyev, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, yeganə övladını şəhid verən Tünzalə Zöhrabova, müəllimlər və gənclər iştirak edib.Tədbirdə təşkilatın sədri Rövşən Ağamalıyev həyata keçirilən layihə çərçivəsində hazırlanıb çap olunan “Əsrimizin Qəhrəmanları” kitabı barədə geniş məlumat vermişdir.

Təskilatın NTK-nın sədri Niyaməddin İbrahimov öz çıxışında layihə haqqında geniş məlumat vermiş, belə tədbirlərin mahiyyətini vurğulamışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış etmiş və 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumat vermişdir. Daha sonra Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov vətənpərvərlik mövzusunda çıxış etmiş və bu tipli layihələr çərçivəsində gənclərlər silsilə görüşlərin vacibliyini qeyd etmişdir.

Sonda “Əsrimizin Qəhrəmanları” kitabı tədbirdə iştirak edən Nərimanov rayonu ərazisində yerləşən məktəbin müəllimlərinə, şagirdlərə və gənclərə təqdim olunmuş və xatirə şəkli çəkilmisdir.

Previous articleTanınmış aktyorun qızı və həyat yoldaşı terrorun qurbanı oldu 
Next articleQarabağdaki mövqelərimiz atəşə tutublub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here