Home Uncategorized Terrorda bu ölkənin əli var – Sensasion açıqlama

Terrorda bu ölkənin əli var – Sensasion açıqlama

3781
0

Ötən gün Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində partlayış törədilib. Hadisə nəticədə 6 nəfər dünyasını dəyişib, 81 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Partlayışın hicablı bir qadın tərəfindən törədilməsi müəyyən edilib. Təhlükəsizlik kameraları vasitəsilə həmin şəxsi müəyyən etmək mümkün olub.İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində terror aktı törətməkdə şübhəli bilinən qadın gizləndiyi evdə aşkar olunaraq, saxlanılıb. Onun kimliyi və hadisənin digər detalları barədə məlumat verilməyib.Hazırda faktla əlaqədar araşdırma aparıldığı deyilir. Hələlik heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib. İddialara əsasən, İstanbuldakı partlayış Suriyadakı kürd qruplaşmalarının sifarişi əsasında həyata keçirilib.Təhlükəsizlik və terorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu 6 nəfərin ölümünə səbəb olan terrorun hansı qüvvələr tərəfindən törədilməsi barədə fikirlərini Modern.az-la bölüşüb.

Onun sözlərinə görə, xain hücumun səbəbkarı PKK terror təşkilatıdır:”Körpə qatili PKK terror təşkilatına qarşı həm ölkə daxilində, həm də Suriya və İraqda çox uğurlu əməliyyatlar həyata keçirilir. Artıq terror təşkilatı ölkə daxilində tükəndiyi üçün son çırpınışlarını edir. PKK bunu Türkiyəyə qarşı tək həyata keçirmir, təbii ki, ona dəstək olan ölkələr var. Amma həmin ölkələr istədiklərinə nail ola bilməyəcəklər. Türkiyənin uğurlarını qəbullanmayan ölkələr gec-tez cavablarını alacaqlar”.

Qanlı olayın səbəblərinə gəlincə, İmbat Muğlu bunun gələn il Türkiyədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olduğunu düşünür:”Məncə, terrorun digər səbəbi 2023-cü ildə baş tutacaq prezident seçkiləridir. Seçki öncəsi Türkiyədə qan tökmək istəyən heç bir terror qruplaşmasına əsla icazə verməyəcəyik. Xainlərə Türkiyənin cavabı ağır olacaq, düşmənlərimiz istəklərinə çata bilməyəcəklər”.

Türkiyəli ekspert İstanbul terrorunun arxasında ABŞ-ın dayandığını iddia edib. Onun sözlərinə görə, PKK-nın ən böyük dəstəkçisi Amerika Birləşmiş Ştatlarıdır:”Vaşinqton Türkiyənin lider ölkəyə çevrilməsini qəbul edə bilmir, onlar terror aktı törətməklə bizim uğurlarımıza kölgə salmaq istəyirlər”.

Previous articleAzərbaycanda az yaşlı oğurlandı
Next articleAxşam saatlarında Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here