Home Uncategorized Axşam saatlarında Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Axşam saatlarında Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

2811
0

Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, noyabrın 14-ü saat 4:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Previous articleTerrorda bu ölkənin əli var – Sensasion açıqlama
Next articleGədəbəydə polisləri söyən şəxs həbs olundu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here