Home QHT “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” sənədli filminin təqdimatı keçirilib.

“Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” sənədli filminin təqdimatı keçirilib.

188
0

“Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” sənədli filminin təqdimatı keçirilib.

24 oktyabr 2022-ci il tarixində şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbində “Səssiz Dünya” Işarət Dilində Danışan Əlillərə və Idmançılara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” layihəsi çərçivəsində çəkilmiş sənədli filmin təqdimatı keçirilib.


Tədbirdə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, rayon prokuroru Akif Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Lerik rayon şöbəsinin rəisi, polkovnik Arif Həsənov, rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev, millət vəkili İqbal Məmmədov, Rayon gənclər və idman idarəsinin rəisi Natiq İsaqov, Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbin direktoru Eltay Almasov, şəhidin ailə üvləri, eləcə də şəhidin qardaşı qızı və eyni zamanda həyata keçirilən “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” layihəsinin rəhbəri Aidə Səfərova, kənd sakinləri, yeniyetmə və gənclər iştirak edib.


Tədbirin aparıcısı şəhid Elşən Səfərov haqqında geniş məlumat verərək bildirib ki, Elşən Məmmədağa oğlu Səfərov Lerikin Çayrud kəndinə gətirilən ilk şəhid olub. Qeyd edək ki, Elşən Məmmədağa oğlu Səfərov 4 avqust 1970 ci ildə Çayrud kəndində anadan olmuşdur. Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə getmişdi. 06 Yanvar 1994 cü ildə Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşlərdə 23 yaşında şəhid olmuşdur. 1994-cü ildə Qarabağ döyüşləri zamanı 9 yaralı döyüş yoldaşını döyüş meydanından xilas edib, 10-cu yaraslı əsgəri xilas edərkən başından snayper gülləsi alaraq şəhid olmuşdur.10 yanvar 1994 cü ildə doğulduğu Çayrud kəndində dəfn olunmuşdur. Çayrud kənd tam orta məktəbi də məhz şəhidimizin adını daşıyır.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, millət vəkili İqbal Məmmədov və layihə rəhbəri Aida Səfərova çıxış edərək belə tədbirlərin keçirilməsində əsas məqsədin vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin gənc nəslə tanıtdırılmasında, yeniyetmələrin vətənpərvərlik və vətənə sevgi ruhunda tərbiyyə olunmasında rolunu qeyd ediblər.


Daha sonra isə “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” sənədli filmi nümayiş etdirilib.

Previous articleMiri Yusifin Heydər Əliyev sarayında növbəti konserti olacaq
Next article9il Məhkumluqdan sonra bəraət qazandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here