Home Uncategorized “Dayaq” Sosial Maarifləndirmə İB-i Yasamal rayonunda əhalinin aztəminatlı və sosial cəhətdən həssas...

“Dayaq” Sosial Maarifləndirmə İB-i Yasamal rayonunda əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardım göstərib

275
0


“Dayaq” Sosial Maarifləndirmə İB-i həyata keçirdiyi “Əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi” layihəsi çərçivəsində Yasamal rayonunda əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına 2 günlük ödənişsiz hüquqi yardımlar göstərilib.

Belə ki, layihənin fəaliyyət planına əsasən oktyabr ayında Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardımlar göstərilib. Tədbirdə layihə rəhbəri Hicran Əliməmmədova, layihənin gənc hüquqşünası Aysel Əliməmmədova, Yasmal rayon İcra Hakimiyyətinin nümayəndəsi, böyük məsləhətçi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Emin Babayev, Bakı şəhəri 5 saylı Vəkil Bürosundan hüquqşünas Orxan Bayramov və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Allahverdi Səfərov iştirak edib.


Belə ki, layihənin fəaliyyət planına əsasən Yasamal rayonunda yaşayan əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardımlar göstərilib. Hüquqşünaslar tədbirdə iştirak edən vətəndaşların suallarını ətraflı şəkildə cavablandıraraq, cari problemlərinin həlli istiqamətində onlara hüquqi dəstək göstəriblər.
Məlumat üçün qeyd edək ki, “Əhalinin aztəminatlı və sosial cəhətdən həssas qruplarına ödənişsiz hüquqi yardımın göstərilməsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilməkdədir.

Previous article9il Məhkumluqdan sonra bəraət qazandı
Next articleŞəbnəm Tovuzlunun hər kəsdən gizlətdiyi həyat yoldaşı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here