Home Dünya Kəlbəcərdə ermənilərin işgəncə ilə öldürdükləri ehtimal olunan skeletlər tapılıb

Kəlbəcərdə ermənilərin işgəncə ilə öldürdükləri ehtimal olunan skeletlər tapılıb

148
0

Oktyabrın 27-də Kəlbəcər rayonu Zallar kəndi ərazisində insan skeletinin hissələrinə məxsus olan eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının fraqmentlərinin aşkar edilməsi ilə bağlı Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük və geyim əşyalarının fraqmentləri müvafiq formada qablaşdırılaraq ekspertiza aparılması məqsədilə götürülübAşkar edilmiş sümük və geyim əşyalarının Kəlbəcər rayonun Ermənistan tərəfindən işğalı zamanı əsir düşərək işgəncə ilə öldürülmüş şəxsə məxsus olması ehtimal edilir.

Hazırda araşdırmalar davam etdirilir.

Previous articleXankəndində mitinq keçirilib
Next articleImişli sakinin səsləndirdiyi iddialar haqqında DIN-in açıqlaması

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here