Home Hərbi “74 gündən sonra yuxuma girib dedi, Gəncədə dənizin dibindəyəm” – ŞƏHİD ƏMANƏTİ

“74 gündən sonra yuxuma girib dedi, Gəncədə dənizin dibindəyəm” – ŞƏHİD ƏMANƏTİ

3935
0

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri – ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı şəhid mayor Həsənov Elşad Paşa oğluna həsr olunur.

“74 gündən sonra yuxuma girib dedi, Gəncədə dənizin dibindəyəm” – ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri – ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı şəhid mayor Həsənov Elşad Paşa oğluna həsr olunur.

Elşad Paşa oğlu Həsənov 13 iyun 1981-ci ildə Göyçə mahalının Babacan kəndində anadan olub. 1995-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur. Oranı başa vurandan sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. 2002-ci ildə oranın Motoatıcı qoşunların taktiki komandanlığı ixtisası üzrə başa vurub. 2002-ci ildən 2019-cu ilə qədər ölkənin müxtəlif bölgələrində hərbi fəaliyyət göstərib, zabit olaraq xidmət göstərib. 2020-ci ildə general Polad Həşimovun briqadası ilə birgə Tovuz döyüşlərində fəal iştirak edib. 

Azərbaycan Ordusunun mayoru olan Elşad Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. 16 dekabr 2020-ci ildə nəşi tapıldığı ərazidən gətirilərək II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elşad Həsənov ölümündən sonra “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Aksana xanımla işlərimizi yekunlaşdırıb axşam saatları üçün ancaq görüşə bildik. Hava qaralmışdı, adamlar yorğun ayaqlarını küçələrdən sürüyüb evlərinə, mən isə Aksana xanımgilə tələsirdim. Onlara çatanda onu geyinikli görəndə, bir az təəccübləndim:

– Sizinlə görüşəcəyimi tamam unutmuşdum. Yaxşı zəng vurdunuz, yoxsa, gəlib heç kimi tapmayacaqdınız. 

– Yox, mənim yadımdaydı, düşündüm siz də unutmamısınız. 

– Əhvalım bu gün çox pis idi. Hazırlaşırdım ki, Elşadın qəbri üstünə gedim. 

O, mənim təəccüblə baxdığımı görüb əlavə etdi. 

– Əvvəllər yaxında, uzaqda kimsə rəhmətə gedirdisə, həmin qapıdan on metr aralı keçərdim. Məzarlığa getməyə, ümumiyyətlə, qorxurdum. Amma indi gecənin bir aləmi ürəyim sıxıldısa, Elşadın məzarına gedirəm. 

– Bu sizi rahatlaşdırır?

– Əlbəttə, ora mənə hüzr bəxş edir. Orda gedib onunla ürəyimdə nə qədər dərdləşirəm. Şəklinə baxıb sakitləşməyə çalışıram. 

Elşad bəyin nə oğlu, nə də qızı ataları haqqında danışmaq istəmirlər. Mən də uşaqlar barədə bu kimi məsələlərdə həssas olduğumdan heç bir şəhid ailəsində bu barədə israr etmirəm. Bu dəfə də otaqdan çıxmaq istəməyən, sözü analarına verən bacı qardaşı narahat etmirəm. Söhbətimi Aksana xanımla davam etdirirəm. 

– Aksana xanım, Elşadla necə tanış olmusunuz?

– Biz onunla uzaq qohumuq. Amma heç vaxt görüşməmişdik. Elşad bir toyda məni görmüşdü. Sonra ailəsi bizə elçi gəldi. 2004-cü ilin may ayında nişanlandıq. Noyabr ayında isə toyumuz oldu. Bilirsiniz də, hərbçilərin o qədər çox vaxtları olmur nişanlı qalmağa, tez-tez gəlib getməyə, görüşməyə. Ona görə də fikir versəniz, görərsiniz ki, hərbçilər nişanlanandan sonra da dərhal ailə qururlar. 

Bizim isə bir-birimizə qarşı çox böyük sevgimiz olub. Düzdür, əvvəllər mən onu tanımırdım, o, məni görüb bəyənmişdi. Amma ailə qurandan sonra mən də ona aşiq oldum. Çünki çox yaxşı xasiyyəti vardı. Mədəni insan idi. Çox vaxt deyirlər ki, hərbçilər sərt və kobud olurlar. Amma mən bunu öz ailəmdə, digər hərbçilərin də ailəsində görməmişəm.

Onlar ailəyə qarşı çox mehriban, diqqətli olurlar. Elşad hər şeyin yerini bilən adam idi. Bir misal çəkim, biz hərbi şəhərcikdə yaşayırdıq. Mən qızılgülləri, ümumiyyətlə, gülü çox sevirəm. Elşad hər dəfə işdən gələndə, mütləq mənə gül gətirərdi. O, kişilərin yanında mənə gül gətirməyə utanırdı, şəhərciyin həyətindən yığdığı gülləri cibində gizlədib mənə gətirərdi. 

– Ən böyük arzusu nə idi?– Elşad Qərbi Azərbaycandan idi. Beş yaşına qədər orda yaşamışdı. Müharibədən əvvəl təlimlərdə olanda, mənə bir şəkil yollamışdı. Şəkildə o bir dağın üstündə dayanıb əlini Bala Göyçə gölünə tərəf uzadır. Sonra mənə zəng vuranda, dedi, o, şəklə diqqətlə bax. Tezliklə biz o gölün yanında olacağıq. Sənə ordan şəkil göndərəcəm. Bunu o qədər həsrətlə arzulayırdı ki. Amma bu ona qismət olmadı. Bala Göyçə gölü işğaldan azad olunanda, mənə həqiqətən də çox pis təsir elədi. Düşündüm ki, kaş, Elşad bu günü görərdi. Aksana xanım danışdıqca, qəhər onu boğur. Şəkilləri göstərir, fotoların çəkildiyi əlamətdar günlərin tarixini nəql edir. Elşad və uşaqları ilə baş vermiş ən gözəl əhvalatları sıralayıb nəql etməyə çalışır. – Qızımız Aysunun 16, oğlumuz Səidin isə 9 yaşı var. Səid atasına çox bağlı idi. Bu gün də yanımızda olan insanlar görürlər ki, Səid atasız çox əziyyət çəkir. Səid nə qədər yorğun olsa da, atası gəlməmiş yatmazdı. O, bilirdi ki, atası tez də gəlsə, gec də gəlsə, onunla oynayacaq, yerdə uzanıb maşın sürəcək. Bundan əlavə də o, boş vaxt tapam kimi mütləq bizi gəzməyə aparardı, vaxtını bizimlə keçirməyə çalışardı. Onun ən böyük arzularından biri də uşaqlarının heç vaxt heç nədən korluq çəkməməsi idi. O, son mesajında da bunu dönə-dönə məndən istəyirdi. Deyirdi, həyatdı, mən görsəm də, görməsəm də uşaqlarımın xoş günləri olsun.

– Gördünüz?

– Hə, gördüm (ağlayır). O günləri yada salmaq, nəql etmək çox çətindir. Hər şey elə bil, dünən olub. Mən indi bir şeydə təsəlli tapıram ki, Elşad ömrünün iyirmi ilini vətənə xidmət edən, namuslu, sədaqətli, döyüşkən zabit oldu. Özündən sonra mənə və övladlarına ləyaqətli ad, irs qoyub getdi. Onun ən böyük arzusu ondan ibarət idi ki, övladları yaxşı təhsil alsınlar. Mən də çalışacam bu yolda onun arzuları gerçəkləşsin. Çünki Elşadın uşaqları onun mənə qoyub getdiyi ən böyük əmanətlərdi.

Previous articleMəktəbli qız yoxa çıxdı
Next articleTürkiyədən şəhid xəbəri

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here