Home QHT Gənclər təşkliatı son tədbirini Şirvan şəhərində keçirdi 

Gənclər təşkliatı son tədbirini Şirvan şəhərində keçirdi 

243
0

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Autizm və Daun sindromlu uşaqlara icma əsaslı reabilitasiya ( İƏR ) xidmətinin göstərilməsi və valideynlərin maarifləndirilməsi” adlı layihəsinin son tədbirini 21 oktyabr 2022-ci il tarixində Şirvan şəhər Mərkəzi xəstəxanasında keçirmişdır.

Tədbiri giriş sözü ilə Şirvan şəhər İH-in baş mütəxəssisi Cavidan Hüseynov açaraq iştirakçıları salamladı və layihə haqqında məlumat verdi. Layihənin rəhbəri Tələt Qəribov layihənin mədsədi və valideylərin bu kimi fərqli uşaqlarla necə davranmaları haqqında geniş məruzə ilə çıxış etdi. Pediatır həkim Pəstiyev Ağakişi, təlimçi Sadiq Həsənov son dövrlərdə sağlamlıq imkanları məhdud uşaqlar üçün dövlətimiz tərəfindən yaradılan şəraitdən danışdılar.

Tədbirdə valideynlər onları narahat edən məsələləri müvafiq orqanlara çatdırılmasını xahiş etdilər. Onların əsas problemlərindən biri bu kimi uşaqların orta təhsil məktəblərinə qəbulu ilə bağlı oldu. Tədbir zamanı valideynlərə izah olundu ki, bu uşaqlara xəstə kimi yox , sadəcə fərqli insan kimi yanaşılmalıdır. Onlar çox həssas olurlar və daim qayğı istəyirlər. Onlarla dünyada qəbul olunmuş prinsiplərlə məşğul olmaq lazımdır, 7/24- yəni yəni reabilitasiya mərkəzlərindən sonra evdə valideynlər tərəfindən hər gün müəyyən məşğələlər keçirilməlidir.

Previous articleÇiləgir kəndi haqqında yeni qərar
Next articleŞirvanda əlillərin sosial müdafiəsinin gücləndirilməsi mövzusunda tədbir təşkil edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here