
ABŞ-ın Texas ştatının xəstəxanaların birində atışma baş verib.
Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində iki tibb bacısı ölüb.hadisəni törətməkdə şübhəli bilinən şəxs yaralı vəziyyətdə saxlanıldığı bildirilir.
Cinayətkarın və öldürülənlərin şəxsiyyəti barəsində hələ ki məlumat yoxdur.Polis hadisə ilə bağlı araşdırma aparır.