Home İqtisadiyyat Çiləgir kəndi haqqında yeni qərar

Çiləgir kəndi haqqında yeni qərar

217
0

“Qusar rayonunun Çiləgir kəndi brendləşdiriləcək”.

Sonxeber.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının sədr müavini Fərhad Aşurbəyli Milli Kulinariya Konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda BMT İnkişaf Proqramı ilə birgə Qusar rayonunda Çiləgir kəndinin brendləşməsi və onların məhsulunun yerli və xarici bazara çıxarılması ilə bağlı layihə keçiriləcək.

F.Aşurbəyli həmçinin bildirib ki, “Qızıl Şah Qızıl Yüzlük” çempionatı gələn il mayın 17-19-da keçiriləcək:”Çempionat ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq”.

Previous articleZakir Həsənov Türkiyə səfərində
Next articleGənclər təşkliatı son tədbirini Şirvan şəhərində keçirdi 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here