Home Qarabağ Kəlbəcərdə texnikamızı atəşə tutublar

Kəlbəcərdə texnikamızı atəşə tutublar

262
0

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Sosialxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əlavə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində bölmələrimizə təminat daşıyan 1 ədəd KamAZ markalı avtomobil də Ermənistan hərbi bölmələri tərəfindən atəşə məruz qalıb.

Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.

Previous articleDeputat Qurban və Ramazan bayramının tarixi haqqında danışdı
Next articleBakıda 16 yaşında qız öldürüldü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here