Home Dünya Ərdoğan Zəngilan hava limanın açılışında iştirak edəcək

Ərdoğan Zəngilan hava limanın açılışında iştirak edəcək

182
0

Əsası 2021-ci il aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulan Zəngilan Hava Limanı il yarımdan sonra ən yüksək beynəlxalq standartlara uyğun təyyarələri qəbul etməyə başlayıb. Ölkənin ən böyük sərnişin təyyarəsi ilə hava limanına ilk texniki uçuş sentyabrın 9-da həyata keçirilib.

Sonxeber.az Haberglobala-a istinadən xəbər verir ki, hava limanı sabah Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin iştirak edəcəyi mərasimlə istifadəyə veriləcək.Hava limanının platforması 8 təyyarəni qəbul etmək üçün nəzərdə tutulub. Hava limanının tikintisində türk şirkətləri də iştirak edib.Azərbaycanın Baş Naziri Əli Əsədovun oktyabrın 14-də imzaladığı sərəncamla Zəngilan Hava Limanına “beynəlxalq hava limanı” statusunun verilməsi və bununla bağlı müvafiq beynəlxalq təşkilatlara məlumat göndərilməsi qərara alınıb. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) hava limanını ZZE kodu ilə beynəlxalq hava limanları siyahısına daxil edib.

Qeyd edək ki, işğaldan azad edilmiş rayonlarda Füzuli hava limanı da fəaliyyətini davam etdirir. Azərbaycan hökuməti Laçında da hava limanı tikməyi planlaşdırır.

Previous articleTibbi yardım maşınını vuran vəzifəli şəxsin maşını imiş
Next articleƏrdoğan Fülya Öztürklə görüş keçirib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here