Home Dünya Ərdoğan Fülya Öztürklə görüş keçirib

Ərdoğan Fülya Öztürklə görüş keçirib

85
0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” televiziyasının əməkdaşı, ikinci Qarabağ müharibəsində cəbhədən hazırladığı reportajlarla Azərbaycan xalqının rəğbətini qazanan Fulya Öztürklə Çankayada görüşüb.

Sosialxeber.az xəbər verir ki, Prezident Ərdoğanla jurnalist Fulya Öztürk arasında həmsöhbət olub. Türkiyə Prezidenti “CNN Türk”ün jurnalistindən Qarabağ savaşında reportyor kimi ezam olunub-olunmadığını soruşub.

Fulya Öztürk də öz növbəsində 44 günlük Vətən Müharibəsində ön və arxa cəbhədən reportajlar hazırladığını bildirib.

Öztürk Azərbaycanın Tərtər və Gəncə bölgəsində ermənilərin mülki əhalini gecə yarısı atəşə tutduğunu və prosesləri operativ şəkildə bütün dünyaya çatdırdıqlarını qeyd edib.

Məlumata görə, Fülya Öztürk daha sonra “Tərtərdəki insanlar qorxmurdular, yerlərindən tərpənmədilər. Onlar əsl qəhrəmandır” ifadələrini işlədib.

Previous articleƏrdoğan Zəngilan hava limanın açılışında iştirak edəcək
Next articlePrezidentin Cəbrayıla və Qubadlıya səfəri

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here