Home Dünya Təyyarədə qusmaya səbəb olan qoxu

Təyyarədə qusmaya səbəb olan qoxu

194
0

$

Koronavirus statistika

Çantasından gələn iy təyyarədə insanları qusdurdu – FOTO

Çantasından gələn iy təyyarədə insanları qusdurdu - FOTOMayamidən Barbadosa uçan “American Airlines” təyyarəsində ürəkbulandıran hadisə baş verib.

Sosialxeber.az verir ki, bu barədə “Daily Mail” yazır.

Belə ki, sərnişinlərin birinin əl çantasından gələn aseton iyi kütləvi qusmaya səbəb olduqdan sonra təyyarə yenidən hava limanına qayıtmalı olub.

Enişdən sonra təyyarə xüsusi zonaya göndərilərək yanğın və xilasetmə xidməti tərəfindən yoxlanılıb. Sərnişinlər və ekipaj üzvləri təxliyə olunublar. Aviaşirkətin 5 əməkdaşı Cekson Uest Tibb Mərkəzinə çatdırılıb. Sərnişinlər oteldə yerləşdirilib və uçuş növbəti günədək təxirə salınıb.

Sağlamlıq və Sosial Təminat Xidmətinin məlumatına əsasən, aseton iyi burun, boğaz, ağciyər və gözlərin qıcıqlanmasına səbəb ola bilər. Uzun müddət təsir etdikdə isə bu qoxu baş ağrısı, başgicəllənmə, nəbzin artması, ürək bulanması və qusmaya səbəb ola bilər.

Previous articleBakıda avtobus sürücüsü telefonla oynayaraq sərnişinlərin həyatını riskə atdı
Next articleKülli miqdarda psixotrap maddə aşkarlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here