
Çantasından gələn iy təyyarədə insanları qusdurdu – FOTO
Mayamidən Barbadosa uçan “American Airlines” təyyarəsində ürəkbulandıran hadisə baş verib.
Sosialxeber.az verir ki, bu barədə “Daily Mail” yazır.
Belə ki, sərnişinlərin birinin əl çantasından gələn aseton iyi kütləvi qusmaya səbəb olduqdan sonra təyyarə yenidən hava limanına qayıtmalı olub.
Enişdən sonra təyyarə xüsusi zonaya göndərilərək yanğın və xilasetmə xidməti tərəfindən yoxlanılıb. Sərnişinlər və ekipaj üzvləri təxliyə olunublar. Aviaşirkətin 5 əməkdaşı Cekson Uest Tibb Mərkəzinə çatdırılıb. Sərnişinlər oteldə yerləşdirilib və uçuş növbəti günədək təxirə salınıb.
Sağlamlıq və Sosial Təminat Xidmətinin məlumatına əsasən, aseton iyi burun, boğaz, ağciyər və gözlərin qıcıqlanmasına səbəb ola bilər. Uzun müddət təsir etdikdə isə bu qoxu baş ağrısı, başgicəllənmə, nəbzin artması, ürək bulanması və qusmaya səbəb ola bilər.