Home DİN Külli miqdarda psixotrap maddə aşkarlandı

Külli miqdarda psixotrap maddə aşkarlandı

186
0

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon sakinindən külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Kamil Səmədov saxlanılıb.

Onun üzərinə və evinə keçirilən baxış zamanı təmiz çəkisi 45 qramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Previous articleTəyyarədə qusmaya səbəb olan qoxu
Next articleMilli məclisdən təbrik məktubu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here