Home Nəqliyyat Bakıda avtobus sürücüsü telefonla oynayaraq sərnişinlərin həyatını riskə atdı

Bakıda avtobus sürücüsü telefonla oynayaraq sərnişinlərin həyatını riskə atdı

202
0

Bakıda sürücü avtobusu idarə edərkən telefonda kinoya baxıb.Hətta bəzi hallarda diqqətini tamamilə həmin videoya yönəldib.

Sosialxeber.az-in məlumatına görə, bununla bağlı görüntüləri Xəzər TV-nin vatsap nömrəsinə göndərən sərnişin iddia edir ki, sürücü yol boyu telefonda film izləyib. Məlumata görə, görüntülər oktyabrın 15-i paytaxtda 71 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusda lentə alınıb.

Sərnişin və sürücülər bu formada nəqliyyat vasitəsini idarə etməyin çox təhlükəli olduğunu deyirlər.

Məsələ ilə bağlı sözügedən xəttin avtodəstə rəisi Natiq Rüstəmov bildirib ki, bu gün həmin sürücü şirkətə dəvət edilib və onun barəsində müvafiq tədbirlər görülüb.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözügedən xəttin müvəqqəti istismarçısı agentliyə dəvət edilib. Məlum hadisə ilə bağlı onlara sərt xərbərdarlıq edilib.

Previous articleAğdamda qadın itkin düşüb.
Next articleTəyyarədə qusmaya səbəb olan qoxu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here