Home Qarabağ Xocavənddə tapılan cəsədlər haqqında

Xocavənddə tapılan cəsədlər haqqında

402
0

“Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi yeni məzarlığın aşkar edilməsi Ermənistanın beynəlxalq humanitar hüquqa aşkar hörmətsizliyinin və dövlət səviyyəsində bu cinayətləri dəstəkləməsinin növbəti sübutudur. Bu kütləvi məzarlıqların hər biri özlüyündə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə, şəxsiyyət əleyhinə olan cinayətlərin məcmusu deməkdir. Bu insanlar niyə öldürülüb, həm də qəsdən!?

Sadə bir cavabı var, azərbaycanlı olduqları üçün. 1948-ci il 9 dekabr tarixli Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 2-ci və Azərbaycan Cinayət Məcəlləsinin 103-cü maddəsində ifadə olunduğu kimi, hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədi ilə onların öldürülməsi soyqırım hesab olunur”.

Bu barədə Sosialxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlama verib.O bildirib ki, kütləvi şəkildə dəfn olunanların demək olar ki, hamısı əsirlikdə olublar və onlar silahsız, müqavimət göstərmək imkanları olmadığı halda vəhşicəsinə qətlə yetiriliblər.”Edillidə son aşkaralanan kütləvi məzarlıqda adi gözlə skletlər üzərində bu vəhşiliklərin izlərini görmək olur. Bu isə Müharibə qanunlarını və adətlərini, o cümlədən silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq norma və prinsiplərini, daha konkret desək, “Hərbi əsirlərlə rəftara dair”, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” Cenevrə Konvensiyaları və 1977-ci il Əlavə Protokolların köklü pozuntusu kimi məsuliyyəti labüd edir.Amma təəsüf ki, beynəlxalq ictimaiyyət, bu məsələdə lazımi həssaslığı göstərməyərək ikiüzlü riyakar münasibət sərgiləməkdədir.

Baxmayaraq ki, beynəlxalq hüquq konkret şəkildə tələb edir ki, qeyd etdiyimiz əməllərdən hər hansı birini törətmiş şəxs konstitusiya ilə məsul rəhbər, rəsmi və ya fərdi şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdır. Yəni hüquq da ədalət də tələb edir ki, bu cinayətləri törədən erməni hərbiçiləri, Ermənistanın o zamankı hərbi siyasi rəhbərliyi, o cümlədən həmin cinayətlərə göz yuman, kütləvi məzarlıqların koordinatlarını gizlətməklə cinayətləri ört-basdır etmək istəyən, cəzasızlıq mühiti ilə yeni cinayətlərə rəvac verən, bugünkü hay hakimiyyəti də məsuliyyətə cəlb olunmalıdır. Amma real mənzərəyə baxsaq, dünya erməni vandalizmi, barbarlığını görməzdən gəlir.

Bu isə o deməkdir ki, necə ki Azərbaycan öz imkanları hesabına BMT qətnamələrinin icrasına hərbi-siyasi yolla 44 günlük savaşda özü nail oldu, bu canilərin cəzandırılmasını da biz özümüz reallaşdırmalıyıq. Əks halda Ermənistan terror siyasətini davam etdirməklə bölgədə yeni faciələrə yol açmaqda davam edə bilər”.

Previous articleItkin hərbiçinin ailəsindən ürək dağlayan sözlər.
Next articleƏrdoğanla Putinin telefon görüşü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here