Home Milli Məclis Müdafiə nazirliyindən xəbərdarlıq

Müdafiə nazirliyindən xəbərdarlıq

101
0

Azərbaycan Ordusu bölmələrinin minaatan və iriçaplı silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərini guya atəşə tutması barədə oktyabrın 5-də yayılan məlumat qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Bu barədə Sosialxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.Belə ki, dünən axşam saatlarında məhz Ermənistan tərəfi Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətindəki döyüş mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız Ermənistan tərəfindən törədilmiş təxribatlara qarşı cavab tədbirləri görür.

Növbəti dəfə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Previous articleŞəhid övladının arzusu gerçəkləşdirildi
Next articleDilənçinin üzərindən çıxan pul hər kəsi heyrətə saldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here