Home Milli Məclis Elnur Memmedovdan açıqlama

Elnur Memmedovdan açıqlama

95
0

Nazir müavini: “Azərbaycan Ermənistanın cinayətlərinin araşdırılmasını beynəlxalq təşkilatlardan tələb edir”Nazir müavini:

Azərbaycan Ermənistanın cinayətlərinin araşdırılmasını beynəlxalq təşkilatlardan tələb edirElnur Məmmədov”Azərbaycan Ermənistanın cinayətlərinin araşdırılmasını beynəlxalq təşkilatlardan tələb edir”.“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin keçirdiyi birgə brifinqdə çıxışı zamanı deyib.Onun sözlərinə görə, Azərbaycan həm I Qarabağ müharibəsi, həm atəşkəs dövrü ərzində, həm də II Qarabağ müharibəsində Ermənistanın törətdiyi cinayətlərlə bağlı bu ölkənin məsuliyyətə cəlb edilməsi ilə bağlı bir sıra beynəlxalq instansiyalara müraciət ünvanlayıb: “Azərbaycan 2020-ci ildə bununla bağlı Avropa İnsan Haqları Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə edilib.

Həmin il mina problemi ilə müraciət edilib. Ermənistan tərəfinfən Azərbaycanın suveren və beynəlxalq hüquqda tanınan ərazilərinə mina basdırılması cinayəti davam edir. Bu işlər baxılma mərhələsindədir. Hazırda məhkəmə iddialarla bağlı Ermənistan və Azərbaycan tərəfinə prosedur suallar göndərilib və suallara yaxın vaxtlarda cavab göndəriləcək. Ermənistanda Azərbaycana qarşı nifrət dolu çıxışlar edən qruplar var. Onlar Ermənistan hökuməti tərəfindən nəinki məsuliyyətə cəlb edilmir, həm də onlara Ermənistan Müdafiə Nazirliyi və digər qurumlar mükafatlar verir. Bu yaxınlarda, sentyabr ayında Ermənistan tərəfindən öhdəliklərə əməl edilməməsi ilə bağlı faktlar məhkəməyə təqdim edilib. Laçın şəhərində 1400 minanın tapılması və digər faktlar da məhkəmə müraciətinə daxil edilib. Bu isə Ermənistanın bu cür cinayətlərinə hələ də davam etdiyini sübuta yetirir”

.E.Məmmədov bildirib ki, Ermənistanın mövqeyi Azərbaycana qarşı törətdiyi cinayətləri inkar etməkdir: “Azərbaycan bu və ya digər faktların araşdırılmasını beynəlxalq təşkilatlardan tələb edir. Amma biz Ermənistana münasibətdə beynəlxalq təşkilatlardan oxşar mövqeyi görmürük. Xocalı kimi cinayətləri görərək buna reaksiya verməmək nəinki ikili, həm də üçlü, dördlü srtandartlardan xəbər verir. Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır. Təəssüf ki, biz qarşı tərəfdən bunu görmürük. Ermənistanın 30 ildən çox davam edən cinayətləri araşdırılmalı, buna reaksiya verilməlidir”.

Previous articleDIN: “Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır”.
Next articleSentyabr hadisələrində 6 azərbaycanlı işgəncələrlə öldürülüb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here