
Ötən gün sosial şəbəkələrdə pişiyə işgəncə verən şəxsin görüntüləri yayılıb. Şəxs pişiyi maşının arasında sıxaraq, təpikləyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Sosialxeber.az-ın sorğusuna cavab verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlum videodan xəbərdar olduqlarını deyib:”Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır”.