Home Milli Məclis Kəmaləddin Heydərov Ağdamda minaya düşən FHN istehkamçısına “mayor” rütbəsi verdi

Kəmaləddin Heydərov Ağdamda minaya düşən FHN istehkamçısına “mayor” rütbəsi verdi

199
0

Oktyabrın 4-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almış FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərovla görüşüb.

Bu barədə FHN-dən məlumat verilib.Görüş zamanı S.Heydərovun sağlamlıq vəziyyəti ilə maraqlanan nazir onun vətənpərvər, xalqına və dövlətinə bağlı, cəsarətli insan kimi formalaşmasına görə valideynlərinə təşəkkür edib.

S.Heydərovun sağlamlığının bərpa olunması üçün bundan sonra da bütün lazımi tədbirlərin davam etdiriləcəyini bildirən nazir K.Heydərov bu məsələnin onun daim diqqətində olduğunu vurğulayıb.

Qeyd edək ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə S.Heydərova vaxtından əvvəl “mayor” hərbi rütbəsi verilib və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Görüşdə rütbə və medal S.Heydərova təqdim edilib.Süleyman Heydərov ona göstərilən diqqətə görə təşəkkür edərək, Vətənə bundan sonra da şərəflə xidmət edəcəyini bildirib.

Previous articleHərbçilərimizə məxsus Xocavənd məzarlığında kütləvi sümüklər tapıldı
Next articleMədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xəbərdarlıq edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here