Home Hərbi Xanlar Vəliyev ordudakı cinayət hallarını açıqladı

Xanlar Vəliyev ordudakı cinayət hallarını açıqladı

436
0

“2021-ci ilin 8 ayı ilə müqayisədə 2022-ci ilin müva­fiq dövründə qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 10 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 80 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 18,2 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davra­nış qaydalarını pozma cinayətləri 92,3 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 12,5 faiz, odlu silahı, döyüş sursatını, partlayı­cı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 57,1 faiz, fərarilik cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 20 faiz azalıb”.Sosialxeber.az-ın məlumatına əsasən, bunu Azərbaycan Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev “Xalq qəzeti” üçün yazdığı məqalədə bildirib.O qeyd edib ki, əvvəlki dövrlərdə olduğu kimi, bu ilin keçən dövrü ərzində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlar əzmlə çalış­ıb.”Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araş­dırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq me­todikası və taktikası, səriştəli aparılan is­tintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 99 faizi açılıb”, – deyə o əlavə edib.O daha sonra bildirib:”Silah­lı qüvvələrdə baş vermiş səbəbindən asılı olmayaraq ölümlə nəticələnən istənilən hadisə, eləcə də ölüm faktı üzrə başlanılmış hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokuror­luğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Hərtərəfli, tam, obyek­tiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunub”.

Previous articleUsta tok vurma nəticəsində vəfat etdi
Next articleAzərbaycanda DSK sədri qəflətən vəfat edib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here