Home Nəqliyyat Hacıqabul-Horadiz avtomobil yolunda baş verən qəza haqqında

Hacıqabul-Horadiz avtomobil yolunda baş verən qəza haqqında

219
0

Hacıqabul-Horadiz avtomobil yolunda baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyindəki Şirvan Rayon Mərkəzi Xəstəxanasına 5 nəfər yerləşdirilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib.

Hazırda 4 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.Qeyd edək ki, xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları sol qamış sümüyünün yerdəyişməsi sınığı, qabırğaların sınığı, döş qəfəsinin əzilməsi, sağ bud sümüyünün sınığı, qarnın küt travması, sol mil sümüyünün sınığı, qapalı kəllə-beyin travması və sağ bazu sümüyünün sınığı olub.

Hacıqabul-Horadiz yolunda maşın aşıb.Oxu.Az-ın məlumatına görə, “Hyundai Santa Fe” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Avtomobildə beş nəfər olub.Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yolun 34-cü kilometrliyində baş verib:”Hadisə nəticəsində xəsarət alanlar Şirvan Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəsarət alanlardan biri azyaşlıdır. Ümumilikdə beş nəfərdən dördünə ilkin tibbi yardım göstərilib. Bir nəfərin müalicəsi davam etdirilir. Ölüm və ağır xəsarət yoxdur”.

Previous articleİLHAM ƏLİYEV SƏRƏNCAM IMZALADI
Next articleBərdədə az yaşlı qızın evləndirilməsinin qarşısı alındı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here