Home DİN Narkotik satışı ilə bağlı 4 nəfər saxlanıldı

Narkotik satışı ilə bağlı 4 nəfər saxlanıldı

86
0

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Şüvəlan qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Sosialxeber.az-ın DİN-in mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatlar nəticəsində qəsəbə ərazisində yaşayan İntiqam Şeydayev, Araz Rzayev qardaşı Ceyhun Rzayev və Rəşad Bağırov tutularaq istintaqa təqdim ediliblər.Həmin şəxslərin üzərinə və yaşadığı evlərə baxış zamanı 4 kiloqrama yaxın heroin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birində yaşayan narkotacirlərdən onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq hərəkətləri davam etdirilir.Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir

Previous articleQazaxıstan, Türkiyə və Macarıstan nazirləri ilə görüşən Pərviz Şahbazov
Next articleTanınmış müğənni Rəhim Rəhimli vəfat etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here