Home Nəqliyyat Maşın qəzasında ölən Elvin yüksək vəzifəli şəxsin oğludur

Maşın qəzasında ölən Elvin yüksək vəzifəli şəxsin oğludur

219
0

Sentyabrın 23-də Bakının Maştağa qəsəbəsində baş vermiş dəhşətli yol qəzasında vəfat edən Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi Elvin Əzizli vəzifəli şəxsin oğlu imiş.

Sosialxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, mərhum tələbə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin Mil-Muğan Regional şöbəsinin rəisi Şahin Əzizovun oğludur.

Elvin İmişli rayonunda doğulub, böyüyüb və daha sonra ali təhsilini Gömrük Komitəsinin Akademiyasında almağa başlayıb.Qeyd edək ki, faciəvi hadisə akademiyanın qarşısında baş verib. Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, Rəsulova Sevgi Arzu qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib.

Previous articleŞuşaya ilk kimlərin köçürüləcəyi açıqlandı
Next articleGeneral Nizami Şirinovun general rütbəsinin alınması tələb olunub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here