Home QHT İstedadlı Əlillər İctimai Birliyi yeni layihəyə START verdi

İstedadlı Əlillər İctimai Birliyi yeni layihəyə START verdi

127
0

“İstedadlı Əlillər” Ictimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin iqtisadi aktivliyinin dəstəklənməsi: sahibkarlıq təşəbüslərinin təşviqi və mövcud mexanizmlərdən yararlanma bacarıqlarının artırılması” adlı tədbiri keçirildi.

Sosialxəbər.az xəbər verir ki, Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Xəzər rayonu, Yasamal rayonu və Sabuncu rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur və layihə 3 ay davam edəcək. Layihənin məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.
Layihənin eksperti Rəşad Həsənov tədbirdə əlilliyi olan şəxslərə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərrüfatı və yaxud kiçik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və ətraflı məlumat verdi.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Nicat Nadirzadə, ƏƏSMN-nin tabeliyində DMA-nin BRMF-in təhlil və tərəflaşlarla iş şöbəsinin baş mütəxəsisi Zəhra Nəsirova, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Elvin Abbasov, ƏƏSMN-nin tabeliyində DMA-nin BRMF-nın işsiz şəxslərlə iş şövbəsinin baş mütəxəsisi Anar Səmədov, ƏƏSMN-nin tabeliyində DMA-nin Məşğulluq Departamedinin işsizlikdən sığorta şöbəsinin müdri Elnur Əliyev, DOST Ağentliyinin əməkdaşı və əlilliyi olan şəxslər iştirak etdilər.
Tədbir çərçivəsində özünüməşğulluq proqramı geniş müzakirə edilərək, Dövlət Məşğulluq Agentliyinin və ƏƏSMN-nin tabeliyində DMA-nin Məşğulluq Departamentinin işsizlikdən sığorta şöbəsinin nümayəndələri müvafiq sosial qrupların təmsilçiləri ilə onların gündəlik həyat fəaliyyələrində üzləşdikləri çətniliklər, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi haqqında təklifləri və sualları ətrafında müzakirələrlə davam etdirilib.
Sonda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad

Qasımov

Previous articleRonaldudan gözlənilməyən etiraf
Next articleAgentliyin dəstəyi ilə qadınlar sahibkarlıq bacarıqlarını təkmilləşdirir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here