Home QHT Agentliyin dəstəyi ilə qadınlar sahibkarlıq bacarıqlarını təkmilləşdirir

Agentliyin dəstəyi ilə qadınlar sahibkarlıq bacarıqlarını təkmilləşdirir

101
0

Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Şəkidə qadınların sahibkarlıq bacarıqlarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində 2022-ci il Sentyabr ayının 19, 20 və 21-ndə layihənin fəaliyyət planına uyğun olaraq silsilə təlimlərə başlandı.

Təlimlərdə, Şəki rayonunda fəaliyyət göstərən qadın sahibkarlar, sahibkarlığa marağı olan və özünə yeni karyera qurmaq istəyən xanımlar iştirak edirdilər.

Təlimlərdə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin işçi qrupu, təlimçi və ekspertlərin iştirakı ilə hazırlanmış xüsusi proqram çərçivəsində “Biznes liderlik”, “Sahibkarlığın inkişafında komandanın effektiv rolu”, “Biznesin qeydiyyatı”, “Biznesin yaradılması və idarə olunması” mövzularında mühazirələr oxunmuş, təlimlərin ikinci hissələrində isə “Biznes Klaslar” təşkil olunmuşdur.

Təlimdə ilk olaraq “Balans” İMİB-nin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev çıxış etdi, layihəni dəstəkləyə Agentliliyin və icra edən “Balans” İMİB-nin həyata keçirdiyi işlərdən, eləcə də, əldə olunan uğurlardan danışaraq, təlim iştirakçılarına uğurlar arzuladı.

Daha sonra, o, təlim iştirakçıları ilə tanışlıq və mövzular haqqında geniş məlumatın verilməsi məqsədi ilə sözü ekspert və iştirakçı (sahibkar xanım) Zəminə Abdulhəmidovaya verdi. Z. Abdulhəmidova iştirakçılarla tanışlıqdan sonra, fəaliyyət göstərdiyi sahə, əldə etdiyi uğurlar, rastlaşdığı çətinliklər baradə məlumat verdi.

O, qeyd etdi ki, bu gün regionlarda fəaliyyət göstərən sahibkarların, əsasən də qadınların sahibkarlıq üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsinə, mövcud sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımların təşkilati, hüquqi və iqtisadi sahədə maarifləndirilməsinə çox böyük ehtiyac vardır.

Daha sonra, təlimçi və iştirakçı (sahibkar xanım) Adilə Məmmədova “Biznes liderlik” və Biznesin yaradılması və inkişafında komandanın rolu” mövzularında təqdimatlarla iştirakçılar qarşısında çıxış etdi.

Nahar fasiləsindən sonra, layihə rəhbəri M. Nağıyev iştirakçılar üçün “Biznes klas” qaydasında sahibkarlıq subyektlərinin yaradılması, qeydiyyatı və inkişafı” ilə bağlı məlumat verdi.

O, qeyd etdi ki, təlimdə iştirakçıların arzu və istəklərinə görə 3 qrup yaradılmışdır ki, layihənin sonuna qədər (bütün təlimlərdə) iştirakçılar eyni qruplarda işləyəcəklər.

20.09.2022-ci il tarixində də, növbəti təlim təşkil olundu. İlk olaraq, layihə rəhbəri M. Nağıyev iştirakçıları salamladı və təlimə yeni qoşulan iştirakçılara layihə haqqında qısa məlumat verdi. Sonra sözü ekspert və iştirakçı (sahibkar xanım) Samirə Salamovaya verdi. S. Salamova həyata keçirdiyi sahibkarlıq subyektindən və gələcəkdə yaratmaq istədiyi yeni biznes ideyasından danışdı. O, qeyd etdi ki, bu təlimlərdə iştirakçılardan daha çox diqqətli və aktiv olmaq tələb olunur. Ona görə ki, sahibkarlıqla məşğul olduğunuz zaman və bu yola çıxdığınız zaman sizi gözləyən risklərə hazır olmalısınız. Daha sonra, təlimçi A. Məmmədova “Biznesin qeydiyyatı” mövzusu ilə və bu sahə ilə bağlı qanunvericilik aktları ilə iştirakçıları məlumatlandırdı. Nahar fasiləsindən sonra, qrupların iştirakı ilə “Biznes klas” davam etdi.
21.09.2022-ci il tarixində də (təlimin 3-cü günü də) layihə üzrə nəzərdə tutulmuş “Problemlər və onların həlli yolları” mövzusunda təqdimatlar iştirakçılara təqdim olundu. Layihənin icra planında nəzərdə tutulduğu kimi, 3-cü təlim günündə də nahar fasiləsindən sonra qrup işləri və “Biznes klas” fəaliyyətini davam etdirdi.
Təlimlərdə Arıçılıq üzrə fermer xanımlar Kəmalə Məmmədova, Yaqut Həmidova, Qumru Məmmədova, Məhəbbət Məsimova, sənətkar xanımlar Gülşad İbrahimova, Yaqut Sadıqlı, Ahu Abdullayeva, sozial biznes sahibələri (kurs rəhbərləri) Aysel Sadıqlı, Aytac Əhmədova, biznes yaratmaq arzusu ilə təlimlərə qatılan və layihəyə cəlb olunan xanımlar Nurtac Allahyarova, Rəhimə Rüstəmova, Dilbər Məmmədzadə, və digər xanım iştirakçılar öz qruplarında daha çox aktiv çalışırdılar. Hər təlim gününün sonunda həm layihə rəhbəri, həm də təlimçi və ekspertlər iştirakçıları maraqlandıran sualları cavablandırdılar, iştirakçılara öz tövsiyələrini və məsləhətlərini verdilər. Hər günün sonunda təlimlərin qiymətləndirilməsi aparıldı və iştirakçılar tərəfindən səsləndirilən təkliflər layihə rəhbəri tərəfindən qeydiyyata alındı.

Təlimlərdə müzakirə və qrup işlərinə daha çox vaxt ayrılmışdı. 6 saata yaxın davam edən ilk 3 günlük təlimlər həm maraqlı, həm məhsuldar və həm də interaktiv keçdi.

Qeyd: Növbəti 3 günlük təlimlər Sentyabrın 26-sı, 27-si və 28-də keçiriləcəkdir.

Previous articleİstedadlı Əlillər İctimai Birliyi yeni layihəyə START verdi
Next articleMəktəbdə kütləvi qətliam baş verib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here