Home QHT QHT layihəsinin icrasına başlayıb

QHT layihəsinin icrasına başlayıb

115
0

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlilliyi olan şəxslərin iqtisadi aktivliyinin dəstəklənməsi: sahibkarlıq təşəbüslərinin təşviqi və mövcud mexanizmlərdən yararlanma bacarıqlarının artırılması” adlı layihəsinin icrasına başlamışdır.
Layihəninin əsas məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.
Layihə çərçivəsində ilk tədbir 23 sentyabr 2022-ci il saat 11:00-tarixində Binəqədi rayon Gənclər evində keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərdə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərüfatı və yaxud kişik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və başadüşülən formada informasiya verilməklə ilə yanaşı bu sahədə mövcud vəziyyət haqqında da müzakirələr aparılacaqdır.

“İstedadlı Əlillər” İctimai Birliyinin
sədri Qubad Qasımov

Previous article“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi layihənin icrasına başlamışdır
Next article“Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here