Sosialxəbər.az xəbər verir ki, “Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlamlıq imkanı məhdud olan uşaqların cəmiyyətə sosial və psixoloji reabilitasiyasının gücləndirilməsi” layihəsinin sentyabr ayından icrasına başlamışdır. Layihənin müddəti 3 aydır.
Layihənin əsas məqsədi – Sağlamlıq imkanı məhdud olan uşaqların sosial və psixoloji reabilitasiyasının gücləndirilməsidir
Layihə çərçivəsində 30 nəfər sağlamlıq imkanı məhdud olan uşaqlar üçün fərdi intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün məsləhət xidməti təşkil olunacaqdır. Qeyd etmək lazımdır ki, Reabilitasiya Mərkəzinin fəaliyyətinə, nəinki Gəncə şəhərindən, eyni zamanda ətraf rayonların xüsusi qayğıya ehtiyacı olan uşaqları da cəlb olunmuşdur.
Həyata keçiriləcək reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklərin olması gözlənilir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss ediləcək, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artacaq, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranacaqdır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.


