Home QHT “Həssas qrupların tribunası olacağıq” – YeniZamantv.az

“Həssas qrupların tribunası olacağıq” – YeniZamantv.az

265
0

“Əsgər Ailələrinə Dəstək İctimai Birliyi” hər zaman maraqlı layihələr icra edib. Bu dəfə qalib olduğumuz layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə  “Şəhid ailələri və qazilərin hüquqlarının qorunması ilə bağlı görüşlərin  təşkili: “YeniZaman” internet televiziyasının və YeniZamantv.az veb-saytının  yaradılması” adlanır.

Layihənin icra müddəti  1 sentyabr – 1 dekabr tarixləri arasındadır. Layihə Bakı şəhərində və Goranboy rayonunda, Ağcakənd qəsəbəsində icra olunacaq.

Bu sözləri Sosialxəbər.az-a “Əsgər Ailələrinə Dəstək İctimai Birliyi”nin sədri, layihə rəhbəri Mətanət Əsgərqızı bildirib.

 O, qeyd edir ki, layihədə şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsindən, maarifləndirilməsindən, dövlətin həssas qruplarla bağlı verdiyi sərəncam və fərmanların təbliğindən  bəhs ediləcək.

Belə ki, Azərbaycanın internet resurslarının sırf bu mövzularla bağlı müzakirələrin azlığı həssas qruplara dövlətin onlarla bağlı qanunlarda etdiyi yeniliklərin onlara çatdırılmasına mane olur. Bu baxımdan yeni yaradılan “YeniZaman” internet televiziyası, YeniZamantv.az veb-saytı,  Youtube kanalı və Facebook səhifəsi bu boşluğu dolduracaq.

Əsas vəzifə şəhid ailələri və qazilər üçün dövlətin prioritet məsələlərinin günün tələblərinə uyğun şəkildə təbliğ etməkdən ibarətdir. Həm də bizim gənclərimizə vətən sevgisi həssas qrupların timsalında aşılanmalıdır. Həmçinin vətən yolunda canlarından keçənlərin doğmaları müstəsna qayğılarla əhatə olunmalıdır. Bir çox hallarda şəhid ailələri və qazilərin haqlarının tapdandığının şahidi oluruq. Fiziki sağlamlığını itirən qazi və əzizini itirən şəhid ailəsinə o qədər doğma yanaşılmalıdır ki, onlar dövlətdən narazı qalmasınlar.

Yaradacağimiz “YeniZaman” internet televiziyası, YeniZamantv.az veb-saytı, Youtube kanalı və Facebook səhifəsi vasitəsi ilə məhz qanunlarımızın təbliği, “Sizi dinləyirik”, “Hüquq saatı”, “Məmur saatı” kimi rubrikalarda şəhid ailələri, qazilərimizə dəstək olmaqla qeyd etdiyimiz kimi  həssas qruplarla bağlı  dövlətin gördüyü işləri təbliğ edəcəyik. Şəhid ailələri və qazilər arasında hüquqi, maarifləndirmə işini gücləndirəcəyik.

Daha bir hədəfimiz Vətən Müharibəsində şücaətlər göstərmiş insanlarımızın tanıdılmasıdır ki, onlarla bağlı silsilə verilişlər hazırlanacaq. Qazilərimizin uğur hekayəsini də xalqımıza tanıdacağıq.

Hədəflərdən biri həm də “YeniZaman” internet televiziyası, YeniZamantv.az veb-saytı, Youtube kanalı və Facebook səhifəsi üzərində işğaldan azad olunmuş torpaqlarda görülən işlərlə bağlı cəmiyyəti məlumatlandırmaqdır.

Previous article1-ci qrup əliliyi olan məhbusun bacısı
QHT-dən kömək istədi
Next article“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi layihənin icrasına başlamışdır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here