Home QHT 1-ci qrup əliliyi olan məhbusun bacısıQHT-dən kömək istədi

1-ci qrup əliliyi olan məhbusun bacısı
QHT-dən kömək istədi

255
0

     Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BƏC İB) “And yerimiz- Şəhidlər”! adlı layihə icra edir. 

Layihə zamanı vaxtı ilə Tərtər rayonu və Bakı şəhərinin Nizami rayonunda yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması, eləcə də əlillik dərəcəsi almış qazilərimizin tanıdılması məqsədi ilə kitab nəşr etdirilməsindən əlavə İctimai Birliyin məqsədinə və təyinatına uyğun olaraq əlilliyi olan və digər imtiyazlı şəxslərin problemlərinin həlli, lazım gələrsə, hüquqlarının müdafiəsi ilə də məşğul olunacaq. Onu da qeyd edək ki, BƏC İB 2011-ci ildən həm də əlilliyi olan məhbusların özlərinin və onların ailə üzvlərinin sosial, tibbi probemlərinin həlli ilə məşğul olur.

Bu layihənin icrası zamanı BƏC İB-ə hazırda 7 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkən 1-ci qrup əlil Alik Qafarovun bacısı Mətanət Qafarova müraciət etmişdir. O, bildirib ki, məhbus Alik Qafarovun hər iki ayağı amputasiya olunduğu üçün dizdən yuxarı protezdir. Bu protezlər köhnəldiyindən ona əziyyət verir, yeriyə bilmir. Onun hərəkət etməyi üçün həm protezə, həm də əlil arabasına böyük ehtiyacı var və bu məsələdə köməklik göstərməyi İB-dən xahiş etmişdir.

İctimai Birlik 7 saylı CCM-da cəza çəkən məhbus, 1-ci qrup əlil Alik Qafarovun əlil arabası və yeni ayaq protezləri ilə təmin olunması üçün aidiyyəti dövlət təşkilatlarına müraciət etmişdir. Bir müddət cavab almadıqdan sonra BƏCİB əməkdaşları ƏƏSMN ilə telefon əlaqəsi saxladıqda məlum oldu ki, məhbus Alik Qafarovun ömürlük əlil olması barədə məlumat Nazirliyin rəsmi internet səhifəsinə daxil edilməyib, onun barəsində 1-ci qrup əlil kimi heç bir məlumat yoxdur. BƏCİB-in müdaxiləsindən sonra bu problem aradan qaldırıldı və ondan sonra da aidiyyəti təşkilatdan məhbusun bacısı ilə əlaqə saxlayaraq 1-ci qrup əlil məhbus Alik Qafarovun ayaq protezlərinin ölçüsünün götürülərək onun protezlə təmin olunacağı barədə məlumat verilib.

Mətbuat xidməti
19.09.2022
Previous article“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İB-i “Narkotik maddələr tələdir!”
Next article“Həssas qrupların tribunası olacağıq” – YeniZamantv.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here