Home QHT Agentliyin dəstəyi ilə layihə davam edir

Agentliyin dəstəyi ilə layihə davam edir

291
0

    Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İB “And yerimiz- Şəhidlər”! adlı layihənin həyata keçirilməsinə başlayıb. 

Vaxtı ilə Tərtər rayonu və Bakı şəhərinin Nizami rayonunda yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması, eləcə də əlillik dərəcəsi almış qazilərimizin tanıdılması məqsədi ilə həyata keçirilən bu layihə zamanı onlar barədə məlumatlar toplanıb kitab şəklində nəşr etdirilməsindən əlavə məqsədinə və təyinatına uyğun olaraq layihənin gedişi zamanı ictimai birlik tərəfindən əlilliyi olan və digər imtiyazlı şəxslərin problemlərinin həlli, lazım gələrsə, hüquqlarının müdafiəsi ilə də məşğul olunacaq.
Layihənin icrası zamanı ağ ciyər xərçəngi xəstəliyindən əziyyət çəkən Elşən Əliyev İctimai Birliyə müraciət etmişdir. O, xəstəliyinin müalicəsi ilə bağlı problemlərindən danışmış və köməklik göstərməyi xahiş etmişdir. İctimai birlik tərəfndən Elşən Əliyevin tibbi probleminin həlli üçün aidiyyəti dövlət təşkilatlarına rəsmi müraciət edilmişdir.

Previous article“İstedadlı Əlillər” İctimai Birliyi yeni layihənin icrasına başlayıb
Next article“Şanlı Vətənim Azərbaycan!” layihəsinin icrasına start verildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here