Home QHT “İstedadlı Əlillər” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

“İstedadlı Əlillər” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

890
0

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Əlilliyi olan şəxslərin iqtisadi aktivliyinin dəstəklənməsi: sahibkarlıq təşəbüslərinin təşviqi və mövcud mexanizmlərdən yararlanma bacarıqlarının artırılması” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.

Layihəninin əsas məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.
Layihə çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Xəzər rayonu, Yasamal rayonu və Sabuncu rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərüfatı və yaxud kişik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və başadüşülən formada informasiya verilməklə ilə yanaşı bu sahədə mövcud vəziyyət haqqında da müzakirələr aparılacaqdır. Layihə 3 ay davam edəcəkdir.

“İstedadlı Əlillər” İctimai Birliyinin
sədri Qubad Qasımov

Previous articleAzərbaycan incəsənətinin daha bir uğuru
Next articleAgentliyin dəstəyi ilə layihə davam edir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here