Home QHT “Ailə, cəmiyyət və biz …!” layihəsinin icrasına start verildi

“Ailə, cəmiyyət və biz …!” layihəsinin icrasına start verildi

369
0

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən 3 ay boyunca “Ailə, cəmiyyət və biz …!” Həssas qruplara aid uşaq və ailələrin sosial – tibbi və psixoloji reabilitasiya sahəsində maarifləndirmə layihəsnin icrasına başlayır.

Sosialxəbər.az xəbər verir ki, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi sədri və layihə rəhbəri Cəmilə Çingizqızı xəbər verib ki, layihə həssas qruplara aid edilən, uşaqların ailələri ilə sosial – tibbi və psixoloji reabilitasiya sahəsində maarifləndirilməsinə yardım edəcək. Həmçinin ailələrə fərdi psixoloji yardım , sağlamlıq imkanları məhdud olan uşaqları, ailələrini narahat edən problemləri öyrənmək, onları birgə qrup təlimə cəlb etmək layihənin əsas məqsədlərdən biridir. Bundan əlavə gələcəkdə bu qəbildən olan uşaqlarla çalışacaq bir qrup gənc tələbə üçün “Ailə, cəmiyyət və biz …!” adlı psixoloji təlim təşkil olunacaq.

Previous articleQHT Agentliyinin dəstəyi ilə “And yerimiz-Şəhidlər!” adlı layihəyə start verild
Next articleAzərbaycan incəsənətinin daha bir uğuru

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here