Home QHT
369
0

QHT Agentliyinin dəstəyi ilə əlilliyi olan xanımların özünüməşğulluğunun təmin etmək  məqsədi ilə peşə kursları təşkil olunacaq

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi 01.09.2022-ci il tarixindən “Əlilliyi olan qız və qadınların özünüməşğulluğunun təmin olunması  məqsədi ilə   peşə kurslarının təşkili” layihəsinin icrasına başlayır.

Sosialxəbər.az xəbər verir ki, bu barədə“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri, layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi əlilliyi olan qadın və qızların məşqulluğunu təmin etmək məqsədi ilə onların bilik, bacarıqlarının artırılması və onların sosial həyata inteqrasiyasına təkan verməkdir. Layihə 3 ay müddətində Sumqayıt şəhərində icra olunacaq və 10 nəfər  əlilliyi olan xanımlara  2 ay müddətində gözəllik salolarında stilist mütəxəsislər tərəfindən təlimlər keçiriləcək. Onlara dörd istiqamət üzrə (saç düzümü,vizaj,dırnaq qaynağı və permanent qaş) fəaliyyət növü  öyrədiləcək və sonda hər bir əlilliyi olan xanımlara stilistlər tərəfindən sertifikatlar təqdim olunacaq.Layihənin icrası bitdikdən sonra daha gözəl nəticə əldə edən əlilliyi olan xanımlar üçün gözəllik salonu yaratmağı düşünürük – deyə vurğulayıb.

Previous articleTürkiyə tarixinin ən önəmli günlərindən biri – Zəfər bayramıdır
Next articleQHT Agentliyinin dəstəyi ilə Sumqayıt məktəblərində antinarkomaniya tədbirləri təşkil ediləcək

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here