Home Hadisə Özünü yandıran Vətən müharibəsi iştirakçısının vəziyyəti necədir? – AÇIQLAMA

Özünü yandıran Vətən müharibəsi iştirakçısının vəziyyəti necədir? – AÇIQLAMA

135
0

Ötən gün özünü yandıran Vətən müharibəsi iştirakçısı Təbriz Abdullayev Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, T.Abdullayev hazırda həkim nəzarəti altındadır.

“Vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub. Hazırda Reanimasiya şöbəsində həkim nəzarəti altındadır”, – məlumatda deyilir.

Qeyd edək ki, avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayev Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Previous articleNeft bahalaşmaqda davam edir
Next articleBütün dünyamız dəyişib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here