Home Cəmiyyət “Qarabağ”ın oyununa qanunsuz bilet satanlar cəzalandırıldı

“Qarabağ”ın oyununa qanunsuz bilet satanlar cəzalandırıldı

111
0

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən daha 22 nəfər barəsində tədbirlər görülüb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətdən satmağa çalışan şəxslərdən müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən 150 bilet aşkarlanaraq aidiyyat üzrə təhvil verilib.

Həmin şəxslərin hər biri barəsində inzibati qanunvericiliyə uyğun olaraq, protokol tərtib olunub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” oyunu ərəfəsində qanunsuz bilet satışını həyata keçirən 7 nəfər saxlanılmışdı.

Previous articleİslamiada: Azərbaycan idmançıları sonuncu gündə üç idman növündə çıxış edəcəklər – AFİŞA
Next articlePrezident daha bir səfiri qəbul etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here