Home DİN Goranboy polisi narkotikə qarşı yeni əməliyyat keçirdi

Goranboy polisi narkotikə qarşı yeni əməliyyat keçirdi

217
0

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklə mübarizə çərçivəsində növbəti uğurlu əməliyyat aparıb.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəliməmmədli şəhər sakini Elşad Məhər oğlu İbrahimlinin üzərindən külli miqdarda tiryək və marixuana aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının daha bir əməliyyatı ilə isə Dəliməmmədli şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Əzizağa oğlu Ağazadə saxlanılıb. Onun üzərinə baxış zamanı heroin aşkarlanıb.

Hər iki fakt üzrə RPŞ-də araşdırma aparılır.

Previous articlePrezident Maqomayevin abidəsinin açılışında…
Next articleSumqayıtda qətl: qohumunu öldürdü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here