Home Hadisə Xırdalanda partlayış: sakinlər təxliyə olundu

Xırdalanda partlayış: sakinlər təxliyə olundu

619
0

Abşeron rayonunda çoxmərtəbəli binada partlayış olub.

Sosialxəbər.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xırdalanda yerləşən yaşayış komplekslərindən birində baş verib.

Belə ki, kompleksdəki binalardan birinin elektrik təchizatında yaranmış nasazlıq partlayışa səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.

Bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar.

Partlayış nəticəsində xəsarət alanların olub-olmaması barəsində məlumat verilməyib.

***

Xırdalanda yaşayış binasının qarajında baş verən yanğın söndürülüb.

Məlumata görə, hadisəyə binanın elektrik qutusundakı qısaqapanma səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb olunub və sakinlər təhlükəsiz əraziyə təxliyə ediliblər.

Yanğın 15 dəqiqə ərzində söndürülüb və bundan sonra sakinlər evlərinə qayıdıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Previous articleAzərbaycan region ölkələrini sülhə dəvət edir – Deputat
Next articleİslamiadada iştirak etmiş Azərbaycan idmançılarının bir qismi Vətənə qayıdıb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here