Home Hadisə Azərbaycanda 22 il əvvəl baş vermiş qətlin üstü açıldı

Azərbaycanda 22 il əvvəl baş vermiş qətlin üstü açıldı

647
0

Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmış cinayətin üstü peşəkarlıqla açılıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci fevral ayında Gəncə şəhər sakini Solmaz Yolçuyevaya məxsus evə quldurluq məqsədi ilə daxil olaraq xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ev sahibini öldürməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb.

Onun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlub olub ki, saxlanılan şəxs cinayəti vəfat etmiş Xəyal Səfərov və Arzu Hacıyevlə birlikdə törədib.

Dindirilmə zamanı E.Məmmədov qətlə yetirilən şəxsin evində 30 000 ABŞ dolları olması barədə məlumat əldə ediklərini cinayəti törətdikdən sonra isə evədən cəmi 220 ABŞ dolları və bir qızıl üzük aparmalarını etiraf edib.

Previous articleİslamiadada iştirak etmiş Azərbaycan idmançılarının bir qismi Vətənə qayıdıb
Next articleNeft ucuzlaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here