Home DİN Goranboyda polis əməliyyatı: Bakı sakini yaxalandı

Goranboyda polis əməliyyatı: Bakı sakini yaxalandı

70
0

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Goran qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakini Xürrəmin Həsənov saxlanılıb.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, onun üzərindən narkotik maddə olan külli miqdarda heroin aşkar edilərək götürülüb.

Goranboy polisinin daha bir əməliyyatı ilə isə Boluslu kəndində olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Boluslu kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Əlövsət oğlu Əliyevin yaşadığı evin həyətində əkdiyi və aqrotexniki qaydada qulluq etdiyi külli miqdarda çətənə kolları aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Goranboy RPŞ-də araşdırma aparılır.

Previous articleElnur Allahverdiyev: “Qərbi Zəngəzura, Göyçəyə, İrəvana qayıtmağımız zaman məsələsidir”
Next articleBakıda dəhşətli hadisə: Tanımadığı qadını müdafiə edən Vətən müharibəsi iştirakçısı qətlə yetirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here