Home DİN Ölkədən qaçdığı deyilən gömrük polkovniki işdən çıxdı

Ölkədən qaçdığı deyilən gömrük polkovniki işdən çıxdı

79
0

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi işdən ayrılıb.

Sosialxəbər.az Bakupost.az-a istinadən xəbər verir ki, həmin şəxs həbs edilən idarə rəisi Məsum Rəsulovun müavini polkovnik Fikrət Ələsgərlidir. O da DGK-nın sabiq sədri Səfər Mehdiyevin kadrlarından hesab olunur.

Fikrət Ələsgərli bildirib ki, 23 illik fəaliyyətdən sonra öz istəyi ilə işdən gedib:

“23 illik həyat yolu artıq geridə qaldı. Gömrükçü olaraq böyük bir yol qət etdim. Həyat və peşə təcrübəsi aldım. Dünən peşə fəaliyyətimə son verdim, bu gün isə əmrim çıxdı. Artıq təqaüdçüyəm”.

Polkovnik qeyd edib ki, bundan sonra fəaliyyətini iş adamı kimi davam etdirəcək.

Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov 3 ay müddətinə həbs edilib. Həmin əməliyyatdan sonra M.Rəsulovun müavini Fikrət Ələsgərli ölkəni tərk etmişdi. Bu isə DGK məmurlarının həbs olunduğu bir vaxtda onun ölkədən qaçdığı barədə ehtimalları gündəmə gətirmişdi.

Lakin F.Ələsgərli iddiaları təkzib etmişdi. O, ölkədən istirahət məqsədi ilə ayrıldığını bildirmişdi.

Previous articlePrezident və xanımı Qobustanda
Next articleMehdiyev maşınlarını bu ölkədə “zirehli” etdirib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here