Home İdman “Qarabağ” Vətənə qayıdıb

“Qarabağ” Vətənə qayıdıb

1808
0

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Macarıstandakı cavab oyununda “Ferentsvaroş” klubuna 3:1 hesabı ilə qalib gələn “Qarabağ” Bakıya qayıdıb.

Sosialxəbər.az “Report”a istinadən məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda “köhlən atlar”ı azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, “Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində cavab oyununa çıxıb. “Qarabağ”ın rəqibi Macarıstan çempionu “Ferentsvaroş” klubu olub. Budapeştdəki “Groupama Arena”da oynanılan matç Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, üçüncü təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstanın çempionu ilə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun yetirmələri Budapeştdə rəqibə qalib gəlib və iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.

Azərbaycan təmsilçisinin növbəti – pley-off mərhələsindəki rəqibi Moldovanın “Şerif” komandasından 2:1 hesabı ilə üstün olan Çexiyanın “Viktoriya” komandası olacaq. Bu cütün qalibi isə Çempionlar Liqasının qrup mərhələsində oynayacaq. Pley-off mərhələsinin ilk matçları avqustun 16-17-də, cavab görüşləri isə avqustun 23-24-də təşkil olunacaq.

Previous articleQərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir
Next article“Qarabağ”ın prezidenti: “Azərbaycana yaraşan futbol oynadıq”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here