Home Hadisə Bölmə rəisi Bakı-Qazax yolunda qəza törətdi: ölən var

Bölmə rəisi Bakı-Qazax yolunda qəza törətdi: ölən var

698
0

Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində – Aşağı Quşçu kəndinin yaxınlığında olub.

Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Araşdırma aparılır.

Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqlənib.

Previous article4 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı
Next articleCeyhun Bayramov Ankaraya yola düşdü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here