Home Cəmiyyət Hacı Şahin: Onlar qisas almağa çalışır – Video

Hacı Şahin: Onlar qisas almağa çalışır – Video

235
0

Özünü müsəlman adlandıran bir qrup şəxsin Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu birmənalı olaraq vandalizm aktı adlandırıla bilər. Bu kimi davranışların islam dini ilə heç bir əlaqəsi yoxdur və bu insanlar islam dininin hər hansı bir məzhəbinə aid ola bilməzlər.

Sosialxəbər.az xəbər verir ki, bunu avqustun 4-də Londonda baş verən hadisələri şərh edərkən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Baku TV-yə deyib.

Hacı Şahinin sözlərinə görə, həmin insanlar öz ölkələrində fəaliyyəti qadağan edilmiş müəyyən qrupların üzvləridir, xarici xüsusi xidmət orqanlarına xidmət edən marginal qruplardır. Din xadimi bildirib ki, belələri Azərbaycanda özlərinə tərəfdar toplaya bilməyiblər və qisas almağa çalışırlar.

Daha ətraflı süjetdə:

Previous articleƏrdoğan Azərbaycanla imzalanan sənədi təsdiqlədi
Next articlePrezident Avstriya səfirini qəbul etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here